“Bavariya” futbol klubu, Jerom Boatenqin təzminat qiymətini açıqlayıb. “Bild” nəşrinin yazdığına görə, Münhen təmsilçisi alman müdafiəçi üçün 50 milyon avro tələb edir. Klubun idman direktoru Hasan Salihamidziç 29 yaşlı oyunçunu bu məbləğdən aşağı qiymətə satmayacaqlarını bildirib. Eyni zamanda, PSJ də Almaniya millisinin üzvünü heyətinə qatmaqda israrlıdır. Fransızların növbəti dəfə daha yaxşı təkliflə “Bavariya”ya müraciət edəcəyi gözlənilir. Qeyd edək ki, Boatenqin PSJ-yə keçidi alınsa, “Bavariya” onun əvəzinə “Ştutqart”dan Bncamin Pavarı transfer edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB