Millətlər Liqasında yığmamızın rəqibi olan futbol üzrə Kosovo millisi daha bir futbolçunu milliləşdirib. Qol.az-ın Kosovo mətbuatına istinadən yaydığı xəbərə görə, yerli federasiya "Mançester Siti"nin futbolçusu Ariyanet Muriçi komandaya cəlb edib.
İsveçrədə doğulmuş 19 yaşlı qapıçı Monteneqro əsillidir. Monteneqronun U-21 millisində 2 oyun keçirən Muriç atasının doğulduğu Kosovonu təmsil etməyə razılıq verib. Gənc qapıçı 2015-ci ildə İsveçrənin "Qrasshoppers" klubundan "Mançester Siti"yə transfer olub və "şəhərlilər"lə 2017-ci ildə peşəkar müqavilə bağlayıb.
Qeyd edək ki, yığmamız Millətlər Liqasında sentyabrın 7-də Kosovonu qəbul edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB