"Fənərbaxça" meksikalı futbolçudan niyə imtina edib?

"Fənərbaxça" meksikalı futbolçudan niyə imtina edib?

"Fənərbaxça" futbol klubu, müqavilə bağlamaq üçün İstanbula çağırdığı Meksika millisi və “Ayntraxt”ın üzvü Marko Fabianla müqavilə imzalamaq fikrindən daşınıb. Türkiyə mətbuatının yazdığına görə, İstanbul klubu tibbi müayinə zamanı zədə aşkarlanan 29 yaşlı futbolçudan imtina edib. Bu səbəbdən oyunçu geri qaytarılıb.
Qeyd edək ki, “Fənərbaxça” Fabian üçün “Ayntraxt”a 1,5 milyon avro transfer məbləği ödəmək, futbolçu ilə isə 2 illik müqavilə imzalamaq barədə razılığa gəlmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə