Hazard "Çelsi"nin heyətində 70-ci qolunu vurub

Hazard "Çelsi"nin heyətində 70-ci qolunu vurub

İngiltərə Premyer Liqasının üçüncü turunda "Çelsi" "Nyukasl Yunayted"i 2:1 hesabı ilə məğlub edib. SİA-nın məlumatına görə, bu oyunda London klubunun yarımmüdafiəçisi Eden Hazard fərqlənib. Belçikalı "Çelsi"nin heyətində 70-ci qolunu vurub. Hazard bu nəticə ilə komandanın tarixində bombardirlər sırasında üçüncü olan Floyd Xasselbaynkanı (69 qol ) qabaqlayıb. Hazırda Hazard bu göstəriciyə görə klubun keçmiş futbolçuları Didye Droqba (104 qol) və Frenk Lemparddan (147 qol) geri qalır.

Qeyd edək ki, belçikalı karyerasına 2012-ci ildə Fransanın "Lill" klubunda başlayıb. O, sonradan "Çelsi"yə transfer olunub. Hazard burada iki dəfə ölkə çempionu olub. Futbolçu İngiltərə Liqa Kubokunun, Avropa Liqasının və İngiltərə Kubokunun qalibidir.

Bütün xəbərlər Facebook səhifəmizdə