Maurisio Sarri: "Hadisə məndən 60 metr aralıda baş vermişdi"

Maurisio Sarri: "Hadisə məndən 60 metr aralıda baş vermişdi"

"Çelsi"nin baş məşqçisi Maurisio Sarri komandasının "Nyukasl" üzərində qələbəsindən (2:1) danışıb. SİA-nın məlumatına görə, Sarri rəqibin qapısına təyin olunan şübhəli penalti zamanı nə baş verdiyini görmədiyini deyib: "Rəqibin cərimə meydançasında Alonsoya qarşı hansı formada kobudluq edildiyini görmədim. Hadisə məndən 60 metr aralıda baş vermişdi. Çoxları bu penaltiyə şübhə ilə yanaşır. Mən bir söz deyə bilmərəm . Qərarı hakim verir. Komandam hələ ki, yaxşı oynayır. Yaxşı start götürmüşük. Turnir cədvəlinin birinci pilləsində olmaq hələ heç nə demir. Son nəticə 38 turdan sonra bəlli olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə