27-ci braziliyalı

Topaz Premyer Liqasının III turu “Neftçi”nin futbolçusu Dario Federiko üçün əlamətdar olub. SİA-nın məlumatına görə, braziliyalı yarımmüdafiəçi Azərbaycan çempionatlarında yubiley - 50-ci oyununu keçirib. Ölkəmizdə 2015/16 mövsümündə debüt edən cənubi amerikalı fasilələrlə çıxış etdiyi Premyer Liqada iki klubun formasını geyinib. “Kəpəz”də 47 matçda 11 qola sevinən Dario, cari mövsümdən şərəfini qoruduğu paytaxt klubundakı 3 oyunda 1 dəfə fərqlənib.

mövsüm

klub

oyun

Qol

2015/16

Kəpəz

12

3

2016/17

Kəpəz

22

4

2017/18

Kəpəz

13

4

2018/19

Neftçi

3

1

Cəmi

50

12

Qeyd edək ki, Dario Azərbaycan çempionatlarında 50 və daha çox oyun keçirən 27-ci braziliyalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə