"Spartak" klubunun yarımmüdafiəçisi Kvinsi Promes karyerasını Fransanın birinci liqasında davam etdirə bilər. SİA-nın məlumatına görə, futbolçu "Monako"nun maraq dairəsindədir. Rusiya klubu 26 yaşlı Promesin keçidinə 20 milyon avro tələb edir.
Hollandiyalı 2014-cü ildən "Spartak"ın formasını geyir. O, bu mövsüm beş matçda meydana çıxıb, bir qol vurub. Yarımmüdafiəçi ilə "Benfika" və "Sevilya"nın da maraqlandıgı deyilir. Bir müddət əvvəl Promesin "Roma" və ya "Milan"la anlaşa biləcəyi xəbəri yayılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB