17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Ramin Quliyev Qazaxıstan yığması ilə oyundan sonra fikirlərini bildirib. SİA-nın məlumatına görə, baş məşqçi belə deyib: “Qazaxıstan yığmasını yaxşı təhlil etmişdik. Yaxşı oyunçulardan ibarət komanda formalaşdırıblar. Ağır oyun alındı. Hər iki komanda meydanda sona qədər mübarizə apardı. Finala vəsiqə qazanmaq üçün bizə heç-heçə qane edirdi. Rəqibin meydan sahibi olduğunu nəzərə alsaq, uşaqlarda əlavə təzyiq var idi. Uşaqlar ilk dəqiqələrdən qələbə qazanmaq üçün meydana çıxdıqlarını rəqibə hiss etdirdilər. Birinci hissədə daha üstün oynasaq da şanssızlıqdan qapımızda qol gördük. Buna baxmayaraq, uşaqlar xarakter nümayiş etdirərək ikinci hissəni də yüksək tempdə keçirdilər. Yekunda lazım olan qolu vurmağı bacardıq.
İşimizin çox olduğunu unutmamalıyıq. Qol epizodlarından istifadə etmək üzərində və müdafiə fazasında daha da etibarlı oyun göstərmək üçün çalışmalıyıq. Qarşıda bizi final oyunu gözləyir, uşaqların tez bir zamanda bərpa olmalarına çalışırıq. Rəqibi analiz edəcəyik. Çalışacağıq finalda da keyfiyyətli oyun sərgiləyək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB