“Çelsi”nin sahibi Roman Abramoviç klubu satmağa hazırlaşır. Bu barədə Britaniya mətbuatı məlumat yayıb. “The Sunday Times” nəşri iddia edir ki, rusiyalı iş adamı son siyasi qalmaqallara görə London klubu ilə əlaqələrini tamamilə kəsmək istəyir. Britaniya krallığından viza ala bilməyən Abramoviçin artıq İngiltərəyə sərmayə qoymaqda maraqlı olmadığı bildirilir. Hətta onun klubu satmaq üçün bəzi qurumlara müraciət etdiyi söylənilir.
Qeyd edək ki, Abramoviçin “Çelsi”yə 2 milyard funt-sterlinq qiymət qoyduğu iddia olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB