Alleqri Ronaldo haqda: "Təvazökar oğlandır"

Alleqri Ronaldo haqda: "Təvazökar oğlandır"

“Bu oyun “Kyevo” ilə matçdan fərqlənirdi. Görüşün əvvəllərində harasa tələsirdik. Ronaldo A Seriyasında doğma azarkeşlərimiz önündə ilk oyununa çıxırdı. Yeganə təhlükə bundan yaranan təzyiqlə bağlı idi. Odur ki, daha səbrli olmalıydıq”. “Football İtalia” nəşrinin yazdığına görə. bu sözləri “Yuventus”un baş məşqçisi Mssimiliano Alleqri A Seriyasının ikinci turunda “Latsio” üzərində 2:0 hesabı ilə qələbə qazandıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan mütəxəssis ardıcıl 2-ci rəsmi oyunda da qol vura bilməyən Kriştiano Ronaldo haqda da danışıb:
“Dibala olmayanda, xəttlərarası əlaqə istənilən səviyyədə olmur. Amma yaxşı müdafiə olunduq və ikinci hissədə əla oynadıq. Öz çıxışımızdan razıyam. Böyük klublardan birinə qarşı ilk oyunumuz idi, hərşey yaxşı alındı. O ki qaldı Ronaldonun qol vura bilməməsinə, İtaliya futbolu digərlərindən fərqlənir. O özü də bunu başa düşür. Deyərdim ki, bura yaxşı uyğunlaşır. Ronaldo təvazökar oğlandır, oyunumuza verdiyi töhfədən razıyam”.

Bütün xəbərlər Facebook səhifəmizdə