"Roma" fanatı "Liverpul"un azarkeşini döydüyünə görə həbs olunub

"Roma" fanatı "Liverpul"un azarkeşini döydüyünə görə həbs olunub

"Roma" klubunun fanatı Daniel Şiusko"Liverpul"un azarkeşini döydüyünə görə, 2,5 il müddətinə azadlıqdan məhrum edilib. SİA-nın məlumatına görə, bu barədə "Liverpool Echo" nəşri yazıb.

Ötən mövsüm aprelin 24-də Şiusko və İtaliya klubunun daha bir fanatı Filippo Lombardi Liverpul şəhərində Çempionlar Liqasının yarımfinal matçı öncəsi 53 yaşlı kişiyə hücum edərək ona müxtəlif xəsarətlər yetiriblər. Sonuncu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Lombardinin məhkəməsi bu ilin sonunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə