La Liqa rəhbərliyi tarixdə ilk dəfə İspaniya hüdudlarından kənarda keçiriləcək futbol matçı ilə bağlı seçim edib. SİA-nın məlumatına görə, XXI turun "Girona" - “Barselona” oyununun ABŞ-da təşkil edilməsi planlaşdırılır. Təqvimə əsasən, görüş 2019-cu il yanvarın 27-də baş tutacaq.
Qeyd edək ki, La Liqa rəhbərliyi ilə “Relevant Sport” şirkəti arasında əldə olunmuş razılığa əsasən, İspaniya çempionatının bəzi oyunları yaxın 15 ildə ABŞ və Kanadada keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB