"Neftçi” Topaz Premyer Liqasının 3-cü turunda qarşılaşacağı “Qarabağ”la oyuna hazırlığı davam etdirir. SİA-nın məlumatına görə, sözügedən komanda doğma bazasında növbəti məşqə çıxıb.
Məşqdə Ruslan Abışovdan başqa bütün futbolçular iştirak ediblər. Müalicəsini başa vuran Soni Mustivar da komanda ilə birlikdə hazırlaşıb.
Hazırlığa bu gün keçiriləcək oyunöncəsi son məşqlə yekun vurulacaq.
Xatırladaq ki, avqustun 26-da "Azərsun Arena”da keçiriləcək "Qarabağ” - "Neftçi” oyunu saat 20:30-da başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB