Voleybolçu qızlarımız İtaliya millisinə qalib gəlib

Voleybolçu qızlarımız İtaliya millisinə qalib gəlib

Antalyada voleybol üzrə “Gloria Cup” beynəlxalq turniri keçirilir. Azərbaycan yığması ikinci matçında İtaliya komandası ilə qarşılaşıb. Oyun 3:0 (25:19, 25:22, 25:22) hesabı ilə Azərbaycan millisinin qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, birinci turda yığmamız Türkiyə komandasına 3:0 hesabı ilə uduzub. Rusiya millisi isə İtaliya kollektivindən üstün olub - 3:1.

Millimizin növbəti rəqibi Rusiya voleybolçuları olacaq. Oyun avqustun 25-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə