Mustafa Kamal Atatürk "Neftçi" ilə yoldaşlıq oyunu keçirən komandaya azarkeşlik edib?

Mustafa Kamal Atatürk "Neftçi" ilə yoldaşlıq oyunu keçirən komandaya azarkeşlik edib?

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün azarkeşlik etdiyi klub müəyyənləşib. “Report” “İndigo” jurnalına istinadən xəbər verir ki, bu, “Güneş” İdman Klubudur.

1933-cü ildə “Qalatasaray”dan ayrılan "Günəş" 27 nəfərin təşəbbüsü ilə qurulub. İstanbul təmsilçisinin ilk prezidenti isə M.K.Atatürkün sadiq yavəri Cevat Abbas Gürer seçilib. Komanda 1937/1938 mövsümündə həm milli çempionatın, həm də İstanbul Futbol Liqasının qalibi olub.

“Güneş” klubu 21 iyul 1959-cu ildə Bakıda “Neftçi” ilə yoldaşlıq oyunu da keçirib. İosif Stalin adın Respublika Stadionunda (indiki Tofiq Bəhramov adına Respublika Stadionu – red.) baş tutmuş matçda hesab açılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə