İstanbulun "Qalatasaray" futbol klubu, heyətinə yeni oyunçu cəlb etməyə hazırlaşır. "Fanatik"in xəbərinə görə, İstanbul təmsilçisi "Sevilya"dan Simon Kjaeri icarəyə götürəcək. "Fənərbaxça"nın sabiq müdafiəçisi 1 il "Qalatasaray"da oynayacaq. Klubun yaxın günlərdə bu transferi açıqlayacağı gözlənilir.
Qeyd edək ki, 2015-2017-ci illərdə "Fənərbaxça"da çıxış edən danimarkalı futbolçu ötən ildən "Sevilya"da oynayırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB