Avqustun 25-də Topaz Premyer Liqasının üçüncü turuna start veriləcək. SİA-nın məlumatına görə, iki günü əhatə edəcək turun açılış matçında “Qəbələ” və “Sumqayıt” komandaları qarşılaşacaqlar. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Bu komandalar arasındakı bütün görüşlərdə “Qəbələ” qol sevinci yaşayıb. “Sumqayıt” son dörd oyunda qələbə qazana bilməyib.
Həmin gün saat 20:30-da başlayacaq “Zirə” – “Sabah” matçı isə “Dalğa Arena”da keçiriləcək. “Zirə” və “Sabah” indiyədək rəsmi oyunlarda qarşılaşmayıblar.
Avqustun 26-da saat 18:00-da “Keşlə” komandası “ASK Arena”da “Səbail”i qəbul edəcək.
Turun saat 20:30-da başlayacaq mərkəzi oyununda “Neftçi” komandası “Azersun Arena”da “Qarabağ” klubunun qonağı olacaq. Bütün çempionatların iştirakçısı olan iki komanda 73-cü dəfə üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB