Yığmamız “Gloria Cup” beynəlxalq turnirində iştirak edir

Yığmamız “Gloria Cup” beynəlxalq turnirində iştirak edir

Avqustun 24-də Azərbaycanın voleybolçu qadınlardan ibarət yığma komandası Antalyaya yola düşüb. Yığmamız orada keçirilən “Gloria Cup” beynəlxalq turnirində iştirak edir.

SİA-nın mçəlumatına görə, yığmamızın rəqibləri İtaliya, Türkiyə və Rusiya komandaları olacaq. Birinci matçda Azərbaycan yığması Türkiyə komandasına 0:3 hesabı ilə uduzub. Bu gün keçirilən digər matçda Rusiya və İtaliya yığmaları qarşılaşıblar. Bu görüşdə rusiyalılar 3:1 hesabı ilə qalib gəliblər.

Turnir avqustun 25-də başa çatacaq, ertəsi gün Faiq Qarayevin yetirmələri Sloveniyaya- dünya çempionatına hazırlığın daha bir mərhələsinə yola düşəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə