Xaricdə təhsil alan azərbaycanlı tələbələrin problemləri Paris və Londonda müzakirə olunacaq
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" nın icrası ilə əlaqədar olaraq ümumi məsələlərin müzakirə edilməsi məqsədilə gənclər və idman naziri Azad Rəhimov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, Təhsil nazirinin müavini Elmar Qasımov Fransaya və Birləşmiş Krallığa səfər edəcəklər.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, onlar 5 dekabr 2010-cu il tarixdə Paris, 6 dekabr tarixində isə Birləşmiş Krallığın London şəhərinə yola düşəcəklər. 5 dekabr tarixində başlayacaq səfər çərçivəsində rəsmilər ilk olaraq Azərbaycan Respublikasının Parisdəki Səfirliyinin binasında, 6 dekabr tarixdə isə London şəhərində "Hotel Royal Garden"də digər rəsmi şəxslərin iştirakı ilə görüşlər keçirəcəklər. Görüş zamanı tələbələrin üzləşdikləri bir sıra inzibati, iqtisadi, sosial və digər problemlərlə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB