Azərbaycanlı FİFA referisi Əliyar Ağayev avrokuboklarda növbəti oyununu idarə edib. SİA-nın məlumatına görə, 30 yaşlı referi Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Gent” - “Bordo” oyununu idarə edib.
Belçikada baş tutan qarşılaşmada hesab açılmayıb. Ə.Ağayev bu oyunda əlini cəmi 2 dəfə cibinə atmalı olub. O, oyunun 41 və 90+3-cü dəqiqəsində “Bordo”nun futbolçusu Xules Kundeni sarı vərəqə ilə cəzalandırıb. Kunde ikinci "sarı"nı aldığı üçün meydandan qovulub.
Ə.Ağayevə bu qarşılaşmada Rza Məmmədov və Zeynal Zeynalov kömək ediblər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB