İngiltərənin "Börnli" komandasının azarkeşləri "Olimpiakos"a qarşı futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin ilk oyununu izləmək üçün getdikləri Yunanıstanda hücuma məruz qalıblar. SİA-nın məlumatına görə, fanatlardan biri bıçaq yarası alıb. Daha dörd nəfərə isə bədən xəsarətləri yetirilib. Onlara oyundan əvvəl hücum edilib. Zərərçəkənlərə stadionda yardım göstərilib.
Qarşılaşmanı "Börnli"nin 900-dək azarkeşi izləyib. Hazırda İngiltərə klubu Yunanıstan polisi və "Olimpiakos"la birgə hadisənin araşdırıması ilə məşğul olur.
Qeyd edək ki, görüş "Olimpiakos"un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB