Qurban Qurbanov: "Bu şansdan cavab matçında maksimum istifadə etməyə çalışacağıq"

Qurban Qurbanov: "Bu şansdan cavab matçında maksimum istifadə etməyə çalışacağıq"

Rəqib müdafiədə çox yaxşı təşkilatlanmış komandadır. Olduqca intizamlı oynadılar, bu da onların necə yaxşı komanda olduğunu göstərir. SİA-nın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın Avropa Liqasının pley-off mərhələsində səfərdə "Şerif"ə 0:1 hesabı ilə məğlub olduğu ilk matçdan sonrakı mətbuat konfransında deyib.

İndi cavab oyununda xüsusi nəyisə dəyişmək haqda danışmağın tez olduğunu söyləyən Q.Qurbanov qeyd edib ki, "Şerif" 1:0 hesablı qələbə qazansa da qrup mərhələsi üçün "Qarabağ"ın şansları qalır. “Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq", - deyə o vurğulayıb.

Qeyd edək ki, Moldova klubu ilə cavab matçı avqustun 30-da Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə