“Fənərbaxça” daha bir braziliyalı futbolçu ilə vidalaşıb

“Fənərbaxça” daha bir braziliyalı futbolçu ilə vidalaşıb

Bir neçə gün öncə Juliano ilə yollarını ayıran "Fənərbaxça" daha bir braziliyalı futbolçu ilə vidalaşıb. SİA-nın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, İstanbul təmsilçisi Jozef de Souzanı Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna satıb. "Sarı-lacivərdlilər" bu satışdan 12,5 milyon avro gəlir götürəcək.

Qeyd edək ki, 29 yaşlı yarımüdafiəçi 2015-ci ildən "Fənərbaxça"da çıxış edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə