Bu gün Avropa Liqasının pley-off mərhələsinə start veriləcək. SİA-nın məlumatına görə, təmsilçimiz "Qarabağ" da ilk oyununa çıxacaq. Komandamız Moldova çempionu "Şerif"in qonağı olacaq.
Tiraspol təmsilçisi də Ağdam klubu kimi mübarizəyə Çempionlar Liqasından başlayıb. "Qarabağ" 3-cü, "Şerif" isə 2-ci təsnifat mərhələsində uduzaraq, Avroliqaya düşüb.
Xatırladaq ki, ötən mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ" bu rəqibini mübarizədən kənarlaşdırıb. Bakıda qolsuz heç-heçə edən komandaların Tiraspoldakı duelində "Qarabağ" 2:1 hesablı qələbə qazanıb.
23 avqust
Avropa Liqası
Pley-off mərhələsinin ilk oyunu
21:00. "Şerif" (Moldova) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Sergey Tsınkeviç, Yevgeni Romanov, Vitali Malyutsin, Viktor Şimusik (hamısı Belarus)
Tiraspol, "Şerif" İK stadionu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB