Emeka Opara Türkiyəyə yollanıb

Emeka Opara Türkiyəyə yollanıb
"Xəzər Lənkəran"ın nigeriyalı hücumçusu Emeka Opara yenidən Türkiyəyə yollanıb. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, futbolçunun səfərinin məqsədi bu yaxınlarda əməliyyat olunduğu Acıbadem hospitalında təkrar tibbi müayinədən keçməkdir.
Qeyd edək ki, oktyabrda Antalyada komandanın keçirdiyi təlim məşq toplanışı zamanı zədələnən Opara həmin klinikada diz meniskindən əməliyyat olunub və Azərbaycana qayıdaraq qısa bərpa kursunu keçib.
Budəfəki səfəri zamanı futbolçunun məşqlərə nə vaxt başlaya biləcəyi aydınlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə