“Yuventus” Miralem Pyaniçlə müqaviləni yeniləyib

“Yuventus” Miralem Pyaniçlə müqaviləni yeniləyib

“Yuventus” futbolçusu Miralem Pyaniçlə müqaviləni yeniləyib. Klubun saytında yer alan xəbərə görə, bosniyalı yarımmüdafiəçinin yeni müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Pyaniçin yeni müqavilə ilə illik 7 milyon avro qazanacağı bildirilib.

“Real”, “Barselona”, PSJ və “Mançester Siti” kimi klublar 28 yaşlı futbolçu ilə maraqlanırdı. Qeyd edək ki, ötən mövsüm İtaliya A Seriyasında 31 oyuna çıxan Pyaniç 5 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə