“Mançester Siti”nin qapıçısı Ederson klubun tarixinə düşüb. Belə ki, braziliyalı qolkiper “şəhərlilər”in heyətində İngiltərə Premyer Liqasında qol ötürməsi edən ilk qapıçı olub.
Premyer Liqanın 2-ci turunda keçirilən “Haddersfild”lə ev oyununun 25-ci dəqiqəsində məhz Edersonun ötürməsindən sonra Serxio Aquero hesabı açıb. İndiyə qədər “Mançester Siti”nin heç bir qapıçısı məhsuldar ötürmə müəllifi olmamışdı. Qeyd edək ki, “Mançester Siti” sözügedən oyunda “Haddersfild”ə 6:1 hesabıyla qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB