Akif İsmayılov jurnalistə qarşı etdiyi qeyri-etik hərəkətə bəhanə gətirdi
Akif İsmayılov jurnalistə qarşı etdiyi qeyri-etik hərəkətdən peşman olub. Belə ki, SİA-nın əməkdaşının sualına kobud cavab verərək, telefonu üzünə qapayan A.İsmayılov yenidən redaksiyaya zəng edib və hərəkətlərinə bəraət qazandırıb. O, avtomonbil idarə etdiyini və Yol Patrul Xidmətiin onu saxlatdığını bəhanə gətirib. Ancaq bunun bəhanə olduğu açıq-aşkar ortadadır. Akif bəy belə kobudluqla cavab verərək telefonu üzümüzə qapamaq əvəzinə yolda olduğunu bildirərək mədəniyyət çərçivəsində bir azdan danışmaq üzrə sağollaşa bilərdi.
A.İsmayılov açıqlama almaq üçün ofisinə getməli olduğumuzu, telefonla onun aldana biləcəyini bildirib. Hörmətli direktor unudur ki, bu sözləri bizə elə telonla danışanda kobudluqla verdiyi cavablara sərf etdiyi zamanda deyə bilərdi. Ancaq onun nə mənada aldanmaqdan danışdığı məlum deyil. Görəsən, A.İsmayılov axı telefonla danışmaqdan niyə belə narahat olur? Axı o, niyə aldanmaqdan qorxur?
Qeyd edək ki, əməkdaşımız Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru Akif İsmayılova zəng edərkən ilk olaraq özünü və təmsil etdiyi orqanı təqdim edib. Hətta bir neçə dəfə mətbuat orqanın adını təkrar edib.
P.S: Akif müəllimin kobudluqla verdiyi cavabların səs yazısı redaksiyamızda saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB