Qadın güləşçilərimiz “Rusiya Kuboku” turnirində iştirak edəcəklər

Qadın güləşçilərimiz “Rusiya Kuboku” turnirində iştirak edəcəklər

4-5 dekabr 2010-cu il tarixdə Moskva vilayətinin Çexov şəhərində qadın güləşçilər arasında "Rusiya Kuboku" açıq turniri keçiriləcək. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu turnirdə Azərbaycanın qadın güləşi yığması da iştirak edəcək.

Böyük məşqçi Kurban Kurbanovun rəhbərlik etdiyi yığmamızı turnirdə Anjela Doroqan (51 kq), Olesiya Zamula, Gözəl Zutova (hər ikisi 63 kq), Dina İvanova, Nataliya Palamarçuk (hər ikisi 72 kq) təmsil edəcək. Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Sədi Quliyev də yer alacaq.

FİLA-nın qaydalarına əsasən keçirilən turnirdə dekabrın 4-də 48, 55, 63, 72 kq, dekabrın 5-də isə 51, 59, 67 kq çəki dərəcəsində güləşçilər mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə