Azərbaycan çempionatı qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək

Azərbaycan çempionatı qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək

2009-2010-cu il mövsümü üçün Unibank Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatının qaliblərinin mükafatlandırılması mərasimi dekabrın 3-də keçiriləcək.

SİA-nın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi xəbərə görə, AFFA-nın inzibati binasında təşkil olunacaq və saat 18:00-da başlayacaq tədbirə bütün KİV nümayəndələri dəvətlidir.

Xatırladaq ki, ötən mövsümün nəticələrinə əsasən əvəzedici heyətlərin çempionatında "Qarabağ" birinci, "İnter" ikinci, "Qəbələ" klubu isə üçüncü pilləni tutmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə