Məlumdur ki, Tofiq Bəhramov adına Respublika stadionundan bir neçə klub istifadə edir. Artıq "Qarabağ" klubunun stadionu hazır olduğuna görə, bir neçə gün öncə komanda öz stadionuna köçüb. Ancaq bu vaxta qədər bu klub da sözügedən arenadan istifadə edir, məşqlərini burada keçirdi. "Qarabağ"la yanaşı, buradan "Bakı", "Neftçi" və MOİK klubları da istifadə edir, məşqlər keçirdilər. Bunun stadionun ot örtüyünə və digər məsələrə təsiri ilə bağlı mərkəzi arenanın direktoru Akif İsmayılovla əlaqə saxladıq. SİA-nın əməkdaşının etika ilə verdiyi suala A.İsmayılov qeyri-etik cavab verərək, qeyri-etik hərəkət etdi. Belə ki, o, sualımıza aqressiya ilə "Bunu bütün jurnalistlər məndən soruşurlar. Burdan 4 klub istifadə etmir. Siz heç nə bilmirsiniz", - deyərək telefonu üzümüzə bağladı. Nə qədər zəng etdiksə, telefonumuzu açmadı.
Ölkənin mərkəzi arenasının direktorunun jurnalistə qarşı belə etikasız davranması Azərbaycan futbolu, Azərbaycan idmanı adına utancverici bir haldır.
A.İsmayılov zənglərimizə cavab verməsə də, hamı stadionun ot örtüyünün bərbad halda olmasını görür. Bunun əyani sübutunu görmək istəyənlərə mərkəzi arenaya getmələrini məsləhət görürük.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB