Yığmamız yoldaşlıq oyunu keçirəcək

Yığmamız yoldaşlıq oyunu keçirəcək

Bakı şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində dekabrın 5-də 19 yaşadək futboçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirəcək. AFFA-dan SİA-ya verilən xəbərə görə, yığmamız "Neftçi" klubunun nəzdindəki U-19 komandası ilə qarşılaşacaq.

AFFA tərəfindən Mərdəkandakı "Dalğa" İstirahət Mərkəzinin ərazisində inşa olunan stadionda keçiriləcək oyun saat 11:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə