Omskda keçirilən beynəlxalq turnirdə Azərbaycanı Anna Qurbanova təmsil edir
Rusiyanın Omsk şəhərində SSRİ-nin əməkdar məşqçisi Qalina Qorenkovanın xatirəsinə həsr olunmuş bədii gimnastika üzrə 25-ci beynəlxalq turnirə start verilib. SİA-nın məlumatına görə, turnirdə ölkəmizi Anna Qurbanova təmsil edir. Ənənəvi turnirdə səkkiz ölkədən 150-dən çox gimnast iştirak edir. Yarışlarda Olimpiya çempionu Yevgeniya Kanayevanın da çıxış etməsi planlaşdırılır.
Turnirə fəxri qonaqlar qismində Qorenkovanın yetirməsi, dəfələrlə dünya və Avropa çempionu Həlimə Şükürova və Afina olimpiadasının gümüş mükafatçısı İrina Çaşşina da dəvət edilib. Yarışa ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Vinerin gəlişi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB