TPL-də ilk turu neçə azarkeş izləyib?

TPL-də ilk turu neçə azarkeş izləyib?

Topaz Premyer Liqasında mövsümün ilk turunda qeydə alınan azarkeş sayı bəlli olub. SİA-nın məlumatına görə, turun ilk görüşü "Dalğa Arena"da "Sumqayıt"la "Neftçi" arasında baş tutub. Bu qarşılaşmanı stadionda 800 nəfər izləyib.

Qəbələdə baş tutan "Qəbələ" - "Səbail" oyununda 600, "Keşlə" - "Sabah" qarşılaşmasında isə 300 azarkeş qeydə alınıb.

Beləliklə, Topaz Premyer Liqasının açılış turunu cəmi 1700 azarkeş izləyib.

Turun "Qarabağ" - "Zirə" oyunu isə avqustun 26-na təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə