Rusiya 2018-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək
2018-ci ildə futbol üzrə dünya çempionatına Rusiya ev sahibliyi edəcəkdir SİA-nın xəbərinə görə, FİFA-nın İcraiyyə Komitəsinin üzvləri bunu Sürixdə elan ediblər.
2018-ci ildə futbol üzrə dünya çempionatının ev sahibi olmaq üçün dörd iddaçı vardı. Rusiyalıların çıxışından əvvəl Niderland və Belçika, İspaniya və Portuqaliya, habelə İngiltərə nümayəndələri FİFA-nın İcraiyyə Komitəsinin üzvləri qarşısında çıxış ediblər. FİFA 2022-ci ildə keçiriləcək dünya çempionatının ev sahibini də elan edib. 12 ildən sonra dünyanın futbol üzrə ən yaxşı yığma komandalarını Qətər dövləti qəbul edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB