Futbol üzrə Türkiyə 1-ci liqasında yeni mövsümə start verilib. SİA-nın məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi "Gənclərbirliyi” də 2018/19 mövsümündə ilk matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda "Hatayspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Dəniz bu görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB