“Barselona” Superkubokun qalibi olub

“Barselona” Superkubokun qalibi olub

Futbol üzrə İspaniya Superkubokunun qalibi məlum olub. SİA-nın məlumatına görə, həlledici qarşılaşmada “Barselona” “Sevilya”nı sınağa çəkib.

Matça “Sevilya” qolla başlasa da, “Barselona” geri dönüş edə bilib. Əvvəlcə ilk yarının sonuna 3 dəqiqə qalmış hesabı bərabərləşdirən Kataloniya təmsilçisi 78-ci dəqiqədə önə keçib.

Qarşılaşmanın son saniyələrində “Sevilya”nın məğlubiyyətdən qaçmaq üçün əla fürsəti olub. Lakin Ben Yedder 90+1-ci dəqiqədə penaltidəjn yararlana bilməyib.

12 avqust
İspaniya Superkuboku

“Barselona” - “Sevilya” 2:1

Qollar: Sarabia, 9 (0:1), Pike, 42 (1:1), Dembele, 78 (2:1)

Bütün xəbərlər Facebook səhifəmizdə