Azərbaycanın "Rabitə" klubu bu gün voleybol üzrə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyunun keçirib. SİA-nın məlumatına görə, təmsilçimiz İtaliyanın "Skavolini" klubu ilə qarşılaşıb. Sərhədçi Olimpiya İdman Mərkəzində baş tutmuş oyunun ilk setində voleybolçularımız rəqibdən açıq-aşkar üstün olublar - 25:19. İkinci setdə isə "Rabitə" italyanları 2 top qabaqlayıb - 25:23. Üçüncü setdə rəqib özündə güc tapıb seti qalib tamamlaya bilib – 23:25. Dördücü setdə isə komandamız bir daha rəqibə məğlubiyyət yaşadıb – 25:21.
Beləliklə, rabitə "Skavolini" üzərində 3:1 hesab ilə qələbə qazanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB