Avqustun 12-də İngiltərə Premyer Liqasının birinci turunun sonuncu oyunu keçirilib. Son çempion “Mançester Siti” doğma meydanda “Arsenal” klubunu qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada meydan sahibləri 2:0 hesablı qələbəyə seviniblər. Beləliklə, “Mançester Siti” İngiltərə Premyer Liqasının birinci turunda ilk qələbəsini qazanıb.
Qeyd edək ki, “Arsenal” növbəti turda səfərdə "Çelsi" klubu ilə, "Mançester Siti" isə doğma meydanda "Hadesfild" komandası ilə üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB