Maradona məşqçini işdən qovdu

Brestin “Dinamo” klubu baş məşqçisi Aleksey Şpilevski ilə yolları ayırıb. Qol.az-ın Belarus mətbuatına istinadən yaydığı xəbərə görə, Şpilevski bu vəzifəyə ay yarım əvvəl – iyunun 29-da təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda keçirdiyi 7 oyundan 2-də qalib gəlmiş, 3-də heç-heçə etmiş, 2-də isə uduzmuşdu.

Bundan başqa, komandanın rəisi Yuri Savçenko da istefaya göndərilib. Xatırladaq ki, “Dinamo”nun klubunun direktorlar şurasına əfsanəvi futbolçu Dieqo Maradona rəhbərlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə