Millimizin üzvü yeni klubunda debüt edib

Millimizin üzvü yeni klubunda debüt edib

Futbol üzrə millimizin üzvü Renat Dadaşov yeni klubu "Eştoril”də debüt edib. 19 yaşlı hücumçu Portuqaliya Sequndasında yeni mövsümün açılış matçında "Portu"nun B komandasına qarşı oynayıb.
Görüşə ehtiyatda başlayan Dadaşov 63-cü dəqiqədə - komandası hesabda 3:0 irəlidə olarkən meydana daxil olub. Oyun "Eştoril"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə