“Səbail” Emil Martinovu heyətinə qatıb

“Səbail” Emil Martinovu heyətinə qatıb

“Səbail” peşəkar futbol klubu daha bir legioneri – Emil Martinovu heyətinə qatıb. Bolqarıstanlı yarımmüdafiəçi ilə birillik müqavilə imzalanıb. İyirmi altı yaşlı yarımmüdafiəçi daha əvvəl Bolqarıstanın “Slavia Sofiya”, “Dorostol”, “Svetkavitsa Tarqovişte”, “Sliven”, “Spartak Varna”, “Oborişte”, Almaniyanın “Türk SV Pfaffenhofen” və “BC Aichach” klublarında çıxış edib.

“Səbail” daha əvvəl konqolu hücumçu Koubemba Kevin Brandon Xavier (1 il), braziliyalı müdafiəçi Enrike Moura (1+1 il), makedoniyalı müdafiəçi Tome Kitanovski (1 il) və Edqar Paçeko (1 il) ilə müqavilə bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə