Avqustun 11-də İngiltərə Premyer Liqasının 2018-2019-cu il mövsümünün birinci turunun növbəti oyunları keçirilib. Turun maraqla gözlənilən oyunlardan biri “Con Smit Arena”da keçirilib. “Haddersfild” klubu doğma meydanda “Çelsi”ni qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçirilən matçda qonaqlar 3:0 hesabı ilə qalibgəliblər.
Turun digər oyunlarında “Burnemut” klubu “Kardiff” komandasını 2:0 hesabı ilə məğlub edib. “Nyukasl” komandası doğma meydanda “Tottenhem”ə məğlub olub - 1:2. “Kristal Palas” səfərdə “Fulham”a (2:0), “Vatford” doğma divarlar arasında “Brayton end Hove Albion” klubuna (2:0) qalib gəlib.
Tura avqustun 12-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB