Azərbaycanlı məşqçinin rəhbərlik etdiyi yığma Asiya Oyunlarında 3 medal qazandı
Çin Xalq Respublikasının Quanqju əyalətində keçirilmiş 16-cı Asiya Oyunları çərçivəsində karate üzrə yarışlar başa çatıb. Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, yarışda iştirak edən Avropa və dünya çempionu Elnur İbrahimovun baş məqçisi olduğu karate üzrə Küveytin Milli yığması uğurlu çıxışı ilə yadda qalıb. Yığma komandanın (cəmi 4 nəfərdən ibarət) idmançıları 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
Bu münasibətlə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfiri Tural Rzayev E.İbrahimovla görüşüb və Azərbaycan adından ona öz dərin təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB