Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç millidə işini davam etdirəcək. SİA-nın məlumatına görə, bu barədə xəbər Xorvatiya Futbol Assosiasiyasının rəsmi saytında yayılıb. Daliç assosiasiya prezidenti Davor Şukerlə görüşdə bütün suallara aydınlıq gətirildiyini deyib: “Açıq söhət oldu. Məni narahat edən suallara cavab aldım. Komandamızın uğurları üçün çalışmaq istəyirəm. Mənə etibar edənlərə minnətdaram”.
Xatırladaq ki, Xorvatiya millisi "DÇ- 2018"də Daliçin rəhbərliyi altında gümüş medal əldə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB