Avropa Liqası matçında hakimin başı yarıldı - VİDEO

Avropa Liqası matçında hakimin başı yarıldı - VİDEO

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Şturm" (Avstriya) - AEK (Kipr) matçında (0:2) xoşagəlməz hadisə yaşanıb. SİA-nın məlumatına görə, qarşılaşmanın 78-ci dəqiqəsində tribunadan atılan şüşə butulka yan xətt hakiminin başına dəyib. Aldığı zərbədən başı yarılan laysman yerə yıxılıb. Oyun 40 dəqiqə fasilədən sonra davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə