Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ötən ay üçün Dünya klublarının reytinqini açıqlayıb. SİA-nın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi xəbərə görə, Ağdamın "Qarabağ" klubu noyabr ayında 78 reytinq balı ilə 271-ci mövqeyə geriləyib.
Qeyd edək ki, bu siyahıda Azərbaycanın yeganə təmsilçisi olan "Qarabağ" İngiltərənin "Bolton", İtaliyanın "Bolonya", Rumıniyanın "Rapid", Almaniyanın "Maynts 05" kimi klublarını qabaqlaya bilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB