"Milan"ın hücumçusu Nikola Kaliniçin "Atletiko"ya keçidi rəsmiləşib. SİA-nın məlumatına görə, xorvatiyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb. "Atletiko"nun 30 yaşlı forvard üçün İtaliya klubuna 15 milyon avro ödədiyi iddia olunur.
Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2017-ci ildən "Milan"da çıxış edirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB