“Keşlə” serbiyalı futbolçu transfer etdi

“Keşlə” serbiyalı futbolçu transfer etdi

“Keşlə” yeni transferini açıqlayıb. SİA-nın məlumatına görə, serbiyalı yarımmüdafiəçi Nikol Mitroviçlə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, son olaraq, Polşanın "Visla" klubunda çıxış edən Mitroviç müxtəlif illərdə "Partizan", "Uypeşt", "Makkabi" (Təl-Əviv) və "Anortosis" kimi komandaların da formasını geyinib. Təcrübəli yarımmüdafiəçi Serbiya millisinə də dəvət alıb və cəmi 1 oyunda meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə