"Barselona"nın yarımmüdafiəçisi Koutinyo forma nömrəsini dəyişib. Klubun rəsmi saytında yer alan xəbərə görə, braziliyalı futbolçu bundan sonra 7 nömrəli forma ilə meydana çıxacaq. Bu formada "Başakşəhər"ə icarəyə verilən Türkiyə millisinin üzvü Arda Turan çıxış edirdi.
Qeyd edək ki, "Barselona"da Ardadan öncə Luiş Fiqu, Alfonso Peres, Xavyer Saviola, Henrik Larsson, Eydur Qudyonsen, David Vilya və Pedro 7 nömrəli formanı geyinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB